F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışda 9-cu yerə qədər yüksəlsə də, Pereslə mübarizədə yerində fırlanıb və yekunda 15-ci yerə razı olub.
Kimi Rəykkönen: “Bilirdim ki, Silverstounda yarış çətin olacaq. Startdan sonra yaxşı gedirdik. Mübarizə aparmağa çalışsaq da, alınmadı. Bəlkə də başqa trasda daha yaxşı nəticə göstərərik.
Yarış ərzində mübarizə aparırdıq. Daha sürətli olan Serxionu uzun müddət arxamda saxlaya bildim. Bir neçə dövrə yan-yana getdik və yekunda yerimdə fırlandım. Başqa yerlərdə mənə yer buraxırdı, amma deyəsən orada məni görmədi. Bu hadisəyə qədər yarış bizim üçün yaxşı gedirdi. Yaxşı başlamışdıq və uzun müddət onluqda gedirdik”.