F-1.az xatırladır ki, finlandiyalı sürücü Bakıda xal aldıqdan sonra Fransaya da iddialı gəlsə də, bu dəfə xal uğrunda mübarizədən çox uzaqda qalıb.
Kimi Rəykkönen: “Son zamanlardakı tempimizi burada göstərə bilmədik və bunun səbəbini tapmalıyıq. Yaxşı başlasam da, təkərləri işlətməkdə çətinlik çəkdim. Məncə, vəziyyət hamı üçün eyni idi. Ümumilikdə, son yarışlardakı kimi sürməkdən həzz almadıq.
Medium təkərlərə keçdikdən sonra tempimiz yaxşı olsa da, mübarizədən uzaq idik. Mavi bayraqlara görə də vaxt itirdik. Bu yarışı təhlil edib, Avstiriyaya hazırlaşacağıq”.