F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışı 9-cu yerdə bitirərək, növbəti xallarını qazanıb. Yarışa Medium təkərlərlə başlayan Kimi 48-ci dövrədə pitə gəlib. Amma 50-ci dövrədə Maks Ferstappenin təkərinin partlaması ilə trasa təhlükəsizlik maşını çıxıb.
Kimi Rəykkönen: “Bir-iki dövrə ilə pit-stop şansını qaçırdıq. Düzdür, xal qazandıq, amma trasda qalsaydıq, bəlkə də fərqli olardı. 30 saniyə vaxt itirdik. Daha səbirli ola bilərdik. Yenə də iki maşınla xal qazana bildik.
Hələ də istədiyimiz yerdə deyilik. Yarış tempimiz pis olmasa da, həmişə limitdə gedirik. Buna görə də güclənməliyik”.