K.Rəykkönen: “Təkərləri işlədə bilmədim”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen qeyd edib ki, sıralanma turunda təkərləri işlədə bilməyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Əbu Dabi Qran Prisinin sıralanma turunda 5-ci yeri tutub.

Kimi Rəykkönen: “Bolid yaxşı olsa da, təkərlər istədiyimiz kimi işləmədi və mübarizədən uzaq qaldım. Xüsusən də, arxadan sürüşmə çox idi, amma yarışa qədər bəzi şeyləri həll edəcəyik. Önümüzdə uzun yarış var və strategiya hesabına yaxşı nəticə əldə edə bilərik. Bu il yaxşı inkişaf etdik və gələn ildə davam etmək istəyirik. Ümid edirəm ki, problemsiz yarış keçirərək qalib gələrik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*