K.Rəykkönen: “Təkərlər əvvəlki kimi deyil”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, təkərlər əvvəlki yarışlarda olduğu kimi işləmir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Barselonada sıralanma turunda ilk cəhdində uğursuz olub. İkinci cəhdinə Soft təkərlərlə çıxan 38 yaşlı sürücü 1:16.612 zaman nəticəsi ilə 4-cü olub və lider Həmiltondan 0.439 saniyə geridə qalıb.

Kimi Rəykkönen: “Xoşbəxt deyiləm. Bizim üçün mükəmməl gün olmadı. Bir şey demək çətindir. İlk cəhdimdə səhv etdim. Daha sonra isə fərqli şeylər sınamaq istədik. Buna görə də Soft təkəri seçdik. Çünki yaxşı işləyirdi. İtirəcək heç nəyimiz yox idi. Məncə, Soft təkərlər yaxşı performans göstərdilər.

Təkərləri işlətmək çətin oldu və sıralanma turu yaxşı keçmədi. Məyusam, amma daha pis nəticə ala bilərdik. Təkərlər son yarışlardakı kimi deyil. Qış testləri ilə müqayisə etmək mümkünsüzdür. Amma bu yarışda fərqli ola bilər. Qarışıq gün idi. Təkərləri isitmək üçün çoxlu dövrəyə ehtiyac var. Daha sonra isə yaxşı işləyirlər. Nəsə demək çətindir. Həmişəki təkərlər olsaydı, bəlkə, fərqli olardı. Bəlkə də, olmazdı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*