F-1.az xəbər verir ki, Ferrari komandasının pilotları Kimi Rəykkönen və Sebastyan Fettel ilk döngədə toqquşublar. Toqquşmadan sonra Rəykkönən peletonun sonuna düşsə də, yarışın finişində 5-ci olmağı bacarıb…
Kimi Rəykkönen: “Startda təmasımız oldu və mən sonuncu yerə qədər gerilədim. Son sıralarda yarışı davam etdirmək elə də asan deyildi. Yarışın əvvəlində çətinliklər yaşasam da, sona qədər getməyə çalışdıq və bir çox yer qazandıq. Yarışı 5-ci yerdə bitirmək istədiyimiz nəticə olmasa da, bu nəticəni fəlakət adlandıra bilmərik”.