F-1.az xatırladır ki, Kimi Rəykkönen sonuncu sərbəst yürüşlərdə komanda yoldaşı Fettelə, demək olar ki, bir saniyə uduzub və onun maşınında sıralanma turundan əvvəl ötürmələr qutusu dəyişdirilib.
Qeyd edək ki, FİA-nın texniki reqlamentinə əsasən, sürücülər bir sürət qutusu ilə ardıcıl 6 yarış keçirməlidirlər. Əgər 6 yarışdan əvvəl sürət qutusu dəyişdirilsə, yarışa 5 yer geridən başlama cəzası gəlir.
Bu dəyişiklikdən sonra Rəykkönen startda 5 yer itirəcək.
Xatırladaq ki, Ferrari daha əvvəl Rusiya QP-də Fettelin də maşınında ötürmələr qutusunu vaxtından əvvəl dəyişdirmişdi.