F-1.az xatırladır ki, Ferrari ilə son yarışına çıxan finlandiyalı sürücü sıralanma turunda 4-cü olub.
Kimi Rəykkönen: “Gözəl sessiya idi. Məncə, boliddə problem yox idi. Hər şey yaxşı işlədi, amma son sektorda sürətli deyildik. Ən çox orada itirdik. Həftəsonu ərzində orada zəif idik. Sabah əlimizdən gələni edəcəyik. Startda UltraSoft təkərlər olacaq və doğru seçim idi. Yarış fərqli olacaq. Ümumilikdə, bazar günü fərqlər daha sıx olur”.