F-1.az xatırladır ki, Rəykkönen yarışda əla start almasına baxmayaraq, 21-ci dövrədə güc qurğusundakı problemlə əlaqədar yarışı yarımçıq saxlamalı olub.
Kimi Rəykkönen: “Dünən dediyimi təkrar edirəm, sıralanma mərhələsindəki nəticələrimizi görəndə, Mercedes AMG pilotları ilə aramızdakı fərqin real olduğuna inanmadım. Onlar daha sürətli idilər və hava da soyuq idi. Buna görə də təkərləri isitməkdə problemlə üzləşmişdik.
Bu gün isə hava gözlədiyimiz kimi idi. Nə çox isti idi, nə də soyuq. Maşın da ideal vəziyyətdə idi. Yarış tempimiz də olduqca yaxşı idi. Qırmızı bayraq bizim üçün yaxşı olmadı. Təkrar start veriləndən sonra hiss etdim ki, qaydasında olmayan şeylər var. Mühərriyin güc itirirdi.
Bu problemin bir daha təkrarlanmaması üçün mühərrik üzərində çox işləməliyik. Təkrarlanmayacağından əmin olmalıyıq”.