K.Rəykkönen: “Sıralanma turu fərqli olur”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen boliddən razı qalıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Monakoda cümə axşamı sərbəst yürüşlərində 6-cə yeri tutub.

Kimi Rəykkönen: “Sessiya ərzində müxtəlif şeylər sınadıq və məncə, inkişaf edə biləcəyimiz çox sahə var. Bəzən trafikdə qaldım və təmiz dövrə vurmaq çətin idi. Bolidlə bağlı hisslərim pis deyil. Bəzi sahələrdə təkmilləşə bilərik. Əvvəlki yarışlarda cümə günü sürətli olanlar sıralanma turunda geridə qaldılar. Görək necə olur. Şənbə günü nə olacağını proqnozlaşdıra bilmirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*