F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümün ilk iki yarışından xalsız ayrılıb. Ümumilikdə isə Alfa Romeo bu il xal qazana bilməyən üç komandadan biridir.
Kimi Rəykkönen: “Bizi ardıcıl iki yarış gözləyir. Bu isə o deməkdir ki, xal qazanmaq üçün iki fürsətimiz var. Mövsümün ilk iki yarışında xal almağa yaxın idik. Xal zonasından elə də uzaq deyilik. Qrupun ortasındayıq. Bəxtimiz gətirsə, orta qrup komandaları ilə mübarizə apara bilərik. Keçən il Portuqaliyadakı ilk dövrəmdən həzz almışdım. Ancaq yarışa harada başlamaq yox, harada bitirmək önəmlidir. Xal qazanmaq üçün onluğa düşmək lazımdır”.