K.Rəykkönen: “Səhvimin cəzasını ödədim”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, üçüncü sərbəst yürüşlərdə etdiyi qəza ona baha başa oturub.

F-1.az xatırladır ki, finlandiyalı sürücü bu qəzaya görə ötürmələr qutusunu dəyişdirməli olub və sıralanma turunda 6-cı yeri tutub.

Kimi Rəykkönen: “Bir səhv edəndə bunun cəzasını çəkirsiniz. Bu gün sərbəst yürüşlərdə bir səhv etdim və baryerlərə çırpıldım. Daha sonra ötürmələr qutusunu dəyişdirmək məcburiyyətində qaldıq. Buna görə də bolidi sıralanma turuna istədiyimiz kimi hazırlaya bilmədik. Qəza həmişə böyük problemlər gətirmir. Amma biz, deyəsən, həmişə səhv vaxtda pis vəziyyətə düşürük. Heyif ki, sabahkı yarışa istədiyimiz yerdən başlamayacağıq, amma tempimiz var və yuxarı pillələrə yüksəlməyə çalışacağam. Burada gözəl xatirələrim var və Suzukada yarışmaqdan həzz alıram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*