K.Rəykkönen: “Sauber inkişaf edib”

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen yeni boliddən razı qalıb və keçənilkindən güclü olduğunu deyib.

F-1.az xatırladır ki, 18 ildən sonra yenidən Sauber-ə qayıdan Kimi Rəykkönen komandanım keçənilki bolidini Əbu Dabidən sonrakı testlərdə sürmüşdü.

Finlandiyalı sürücü testlərin ilk günü ərzində 114 dövrə vurub və 1.19.462-lik nəticə ilə 5-ci olub.

Kimi Rəykkönen: “Maşında özümü yaxşı hiss edirəm. Çox xoşbəxtik. Uşaqlar qış tətilində yaxşı işləyiblər və yaxşı paketimiz var. Ancaq daha yaxşı ola bilər. Keçən ilki boliddən çox güclüdür.

Qışdan heç nə öyrənmirik. Soyuq havada sürmək həmişə çətin olub. Lakin burada hər şey qaydasında idi. Hələ ilk günlər olmasına baxmayaraq, hər şey yaxşı idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*