F-1.az xatırladır ki, Niko Rosberq 2016-cı ildə karyerasını bitirdikdən sonra RTL televiziyasında müxbirlik edir.
Kimi Rəykkönen: “Xeyr. Bu işi buraxmaq çətin deyil. Sürməkdən başqa, digər tədbirlər bitəndə rahatlancağam. Sürmək gözəl olsa da, digər tədbirlər elə deyil.
Rosberq getmə səbəbini deyəndə bunun yaxşı olduğunu düşündüm və anladım. İndi isə əlində mikrofonla ora gedir, bura gəlir. Ayrılması ilə bağlı səbəbləri niyə demişdi anlamıram.
Bir bolidi təkmilləşdirmək üçün işləyə bilərəm. Amma insanların içində yox, arxa planda olaram. Əlimdə mikrofonla orada dayanan deyiləm”.