F-1.az xatırladır ki, Qrinvud 2014-cü ildə Manor komandasından Ferrari-yə keçmiş və gəldiyi gündən etibarən Kimi Rəykkönenin yarış mühəndisi olmuşdu. Lakin britaniyalı mühəndis 2017-ci ilin sonunda sabiq komandası Manor-dan təklif almış və onu qəbul etmişdi.
Buna baxmayaraq, Finlandiyada nəşr olunan Turun Sonomat qəzeti yazıb ki, Qrinvud Barselonadakı qış təstlərində 38 yaşlı sürücü ilə işləyib və ilk 4 yarışda peletonun ən yaşlı sürücüsü ilə işləyəcək.
Qeyd edək ki, Ferrari komandası Deyvin əvəzinə Karlo Santini gətirmək qərarını almışdı. Əgər belə olsa, Santi vəzifəsinə İspaniya Qran Prisindən başlayacaq…