F-1.az xatırladır ki, 37 yaşlı sürücü cümə günündən sonra lider Həmiltondan 0.3 saniyə geri qalıb.
Kimi Rəykkönen: “Ümumilikdə çətin gün idi. Trasdakı şərait ideal deyildi. Xüsusən də, sərbəst yürüşlərin sonunda vəziyyət pis idi. Düşünürəm ki, vəziyyət hamı üçün eyni idi. Buradakı qış testlərində daha güclü idik, amma yayın gəlməsi ilə trasdakı şərait də dəyişdi və asfalt sürüşkən idi. İndi isə bu günü təhlil edərək sıralanma turuna daha yaxşı hazırlaşmalıyıq. Hələ növbədə sıralanma turu var. Bu fərqi bağlaya bilərik”.