K.Rəykkönen: “Qəzadan qaçmaq mümkün deyildi”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen startdakı hadisədən sonra bildirib ki, qəzadan qaçmaq mümkünsüz olub.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 4-cü yerdən başlasa da, yerindən yaxşı tərpənərək Ferstappenlə bərabərləşib. Lakin pouldan ləng start alan Fettel hollandiyalı sürücünü sıxışdırıb və nəticədə Ferstappenlə Rəykkönen startda toqquşublar. Bundan sonra isə 37 yaşlı sürücü əvvəlcə Fettelə, daha sonra isə Alonsoya çırpılaraq mübarizəni dayandırıb.

Kimi Rəykkönen: “Sözün açığı, qəzadan qaçmaq üçün əlimdən heç nə gəlmirdi. Hər şey birdən oldu. Yaxşı start alsam da, işlər birdən dəyişdi və Maksın mənə təmas etdiyini hiss etdim. Daha sonra idarəetməni itirərək, Fettelə çırpıldım. Maksın harada olduğunu bilirdim və ona hücum edirdim. Hazırda günahkar axtarmağın mənası yoxdur, çünki bu heç nəyi dəyişməyəcək. Bizim üçün bərbad gün idi və hazırda növbəti yarışları düşünməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*