F-1.az xatırladır ki, yarışa 6-cı yerdən başlayan finlandiyalı sürücünün arxadan Daniel Rikkardonun çırpılması nəticəsində təkəri partlayıb və arxa qanadı qırılıb. 38 yaşlı sürücü arxa qanadındakı problemə görə mübarizəni dayandırmalı olub.
Kimi Rəykkönen: “Kimsə mənə arxadan çırpıldı. Nəticədə arxa təkərlərim və arxa qanadım zədələndi. Yarışım o an bitdi. Trasa qayıtsam da, maşının tempi yox idi. Pitə qayıdanda bolidin çox ciddi zədələndiyini gördüm. Bundan başqa DRS özbaşına açılırdı. Bəzən isə açılmırdı. Belə davam etsəydim, təhlükəli olardı. Mühərriyin problem görməsini istəmədik. Əgər qəza olsaydı, güc qurğusu da sıradan çıxardı”.