F-1.az xatırladır ki, peletonun ən yaşlı sürücüsü ikinci döngəyə girərkən Bottasa xarici trayektoriyadan hücum edib, lakin Mercedes komandasının sürücüsü daxili trayektoriyada qalıb. Daha sonra isə 28 yaşlı Bottas porebriklərin üzərindən tullanaraq, Rəykkönenə çırpılıb. Bu insidentən sonra Ferrari komandasının sürücüsü divara çırpılıb, Bottasın isə təkəri partlayıb.
Bundan sonra 37 yaşlı sürücünün bolidində ciddi problemlər yaşanıb. Bottas isə bu insidentdən sonra bir dövrə geriləsə də, yarışı ikinci yerdə bitirib.
Kimi Rəykkönen: “Əlimdən heç nə gəlmirdi. İkinci döngədə bolidim sol tərəfdən zədələndi. Yenə də əyləcə tez basdı və məncə, bunu bilir. Daha sonra xarici trayektoriyada qaldım və problem yox idi. Amma birdən digər tərəfdən zərbə aldım. Bu tamamilə onun səhvi idi, amma cəzasını mən çəkdim”.