F-1.az xatırladır ki, finlandiyalı sürücü ən son qələbəsini 2013-cü ilin Avstraliya yarışında qazanıb.
Kimi Rəykkönen: “Qələbəyə aclığım olmasaydı, burada olmazdım. Yarışlardan həzz alıram. Bu, tək səbəbdir və bunu deməkdən utanmıram. Formula1-də yarışmaq istəyirəm. Var qüvvəmi qoymaq istəyirəm.
2017-ci ilə bir az yavaş başladıq. Yaxşı xatirələrimiz olsa da, istədiyimiz kimi deyildi. İlk yarışda hər şeyi doğru etməlisiniz. İşləri mükəmməl görməsəniz, çox xal itirərsiniz”.