F-1.az xatırladır ki, finlandiyalı sürücü Kanadada cümə sərbəst yürüşlərində 73 saniyədən sürətli yeganə sürücü olub və protkollara başçılıq edib.
Kimi Rəykkönen: “Sevncliyəm, lakin bu hələ cümə günüdür. Nəticələrə çox da fikir verməyin. Hər şey problemsiz idi və bolid mənim üçün əlverişli idi. Amma daha artığını etnəliyik.
Düzgün sazlanmaları tapmaq çətin oldu. Trasın bəzi hissələrində çoxlu asfaltayatma qüvvəsinə ehtiyac olsa da, bəzi yerlərdə buna ehtiyac yoxdur. Yəni hər şeyi bir araya gətirmək asan olmur. Sadəcə cümə günü yaxşı keçdi, lakin həmişə sürətli ola bilərsiniz. Şənbə günü bolid daha güclü olacaq. Görək rəqiblərimiz nə edəcək
Bu yarışın Monako ilə nə əlaqəsi var? İndi Monrealdayıq və fərqli yarışdır. Hər şey qaydasında idi. Rəqiblərimiz nə edib bilmirəm və buna görə də müqayisə yersizdir. Bolidimiz hər şəraitdə sürətli olmalıdır və etməli olduğumuz işlər var.
Sıralanma turunda bacardığımız qədər sürətli olmağa çalışacağıq, amma rəqiblərimizin nə edəcəyindən çox şey asılıdır. Nəticənin necə olacağını bilmirəm. Əlimdən gələn hər şeyi edəcəm və nəticəni görəcəyik.
Cümə günü yerində fırlanan çox sürücü gördük. Düzlüklərdə sürətli olmaq üçün daha az asfaltayatma qüvvəsindən istifadə edirik və buna görə də bolidlər döngədə yerində fırlanır.
Ümid edirəm ki, cümə günündəki kimi sürətli olarıq. Əgər hər şey qaydasında getsə, qalib gəlmək istəyirəm”.