F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışın startında bir neçə yer itirsə də, sonradan mükəmməl ötmələr edərək, ikinci yerə qədər yüksəlib. Rəykkönen yarışda 3 dəfə pit-stop etməklə ancaq Soft və SuperSoft təkər dəstlərindən yararlanıb.
Kimi Rəyykönen yarışın lideri Niko Rosberqlə fərqi 4 saniyəyə qədər salsa da, bu fərq təkərlərin yeyilməsinə görə 10 saniyəyə qədər çoxalıb.
Rəykkönen yarışdan sonra təəssüratlarını bildirib: “Pis start aldım, amma buna baxmayaraq, Rosberqə çox yaxınlaşmışdım.
Əlimizdən gələn hər şeyi etdik, amma qalib gəlmək üçün tempimiz çox aşağı idi.
Ona görə də, komanda olaraq oturub düşünməliyik və hansı sahələrdə təkmilləşməli olduğumuzu fikirləşməliyik”.
Rəykkönen Bəhreyndə davamlı podiuma çıxması barədə də danışıb: “Bu tras mənim üçün xüsusi deyil. Bəzən bəxtiniz gətirə bilər, bəzən də yox. Bu gün də vəziyyət belə gətirdi”.