F-1.az xatırladır ki, finlandiyalı sürücü Niderland yarışından əvvəl koronavirusa yoluxmuş və Zandfortdakı yarışla yanaşı İtaliya Qran Prisini də qaçırmışdı.
Kimi Rəykkönen: “İki yarıçı əldən verdikdən sonra yenidən sükan arxasına keçəcəyim üçün sevinirəm. Heç kim istəməz ki, testi pozitiv çıxsın, amma bu dəfə belə oldu. Mən də qaydalara riayət etdim. Artıq hər şey geridə qalıb və artıq Soçi yarışına fokuslanmışam.
Komanda son yarışlarda potensialını göstərdi. İndi bunu yaxşı nəticəyə çevirməliyik. Geri dönməyim fərqli olmayacaq. Sadəcə işimlə məşğul olacam”.