K.Rəykkönen: “Qalib gələ bilməyəndə məyus oluruq”

Kimi Rəykkönen bildirib ki, Ferrari qazana bilmədiyi üçün naraht olsa da, Macarıstanda bu vəziyyət dəyişə bilər...

F-1.az xatırladır ki, Ferrari mövsümə çempionluq iddiaları ilə başlasa da, hələ də qalib gələ bilməyib. Rəykkönen bu vəziyyət barədə belə danışıb: “Əminəm ki, hamımız çox məyusuq. Qalib gəlmədiyimiz üçün hamımız məyus oluruq, amma məyusluğun heç bir faydası yoxdur. Buna görə də təslim olmadıq. Biz buraya təslim olmaq üçün gəlməmişik. Bolidimiz mövsümün əvvəlindən daha güclüdür. Amma bu bəs eləmir. Rəqiblərimizin nə etdiklərini deyə bilmərəm, amma bəzi traslarda onlara daha yaxın oluruq. Bəzi traslarda isə sürünürük.

Bizim üçün hələ də əlverişli traslar var. Bəs biz o traslarda güclü ola biləcəyik? Bunu zaman göstərəcək. Amma mənim hələ də yarış qazanmaqla bağlı ümidlərim var. Həmişə inkişaf edə bilərik. Zəif yönlərimizi bilirik və onların üzərində işləyirik. Amma bu cür şeylər bir gecədə düzəlmir. Vaxt tələb edir.

Bir az səbirli olmalıyıq. Çünki əlimizdəki şeylər daha yaxşıdır, amma bu müddətdə rəqiblərimiz də inkişaf etdi. Hər həftəsonu yarışa “birinci ya da ikinci olaram” düşüncəsi ilə getmək nadir hallarda olur. Bu yer çox gözəl olsa da, biz oradan uzağıq. O mövqedə olan komandalar mübarizə aparırlar və bolidlərini inkişaf etdirirlər.

Məncə, məyus olmamalıyıq. Amma ikinci və ya üçüncü bitirmək məyusedicidir. Biz təslim olmayacayıq və mübarizəyə davam edəcəyik. Buna görə də məyus olacaq vəziyyət yoxdur. Sadəcə istədiyimiz yerdə deyilik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*