F-1.az bildirir ki, Finlandiya yeni tikilən KymiRinq trası ilə gələn il MotoGP təqviminə qayıdacaq.
Kimi Rəykkönen: “Motosikletlərin KymiRinq trasındakı yürüyüşlərini gördüm. İllər əvvəl demişdim ki, maliyyə olsa, Helsinkinin mərkəzində yarış keçirmək olar. Pul yeganə problemdir. Formula1 üçün bilmirəm, amma MotoGP üçün trasımız var. Buna görə də Kymirinq təhlükəsiz tras olmalıdır”.
Qeyd edək ki, Finlandiya dörd Dünya Çempionu və 50 yarış qələbəsiylə ən uğurlu ölkələrdən biri sayılır.