K.Rəykkönen proqnoz verməkdən çəkinir

Reqlamentdə edilmiş böyük dəyişikliklər qüvvələr nisbətini dəyişə bilər. F-1.az xəbər verir ki, Ferrari-nin finlandiyalı çempion sürücüsü Kimi Rəykkönen proqnoz vermək üçün hələ çox tez olduğunu düşünür.

Kimi Rəykkönen: “Reqlament dəyişilib. Biz yalnız yeni maşınları gördükdən və onlarla trasa çıxdıqdan sonra güc nisbətləri barədə danışa biləcəyik. Mən və komandam ümid edirik ki, istədiyimiz nəticəni əldə edəcəyik. Ötən mövsümün nəticələri idealdan uzaq idi və Ferrari-nin gözləntilərinə uyğun gəlmirdi. Bizim uğurlu və uğursuz yarışlarımız oldu. Çox sayda kiçik problemlər baş verdi, lakin bunlar avtoidmanda olan şeylərdir.

Əlbəttə, müsbət məqamlar da var idi. Xüsusilə son yarışa qədər komandanın bütün üzvlərinin işlədiyini, əlindən gələni etdiyini qeyd etmək istəyirəm. Amma heç də həmişə istədiyimiz nəticəni qazana bilmədik. Yeri gəlmişkən, komandada müsbət dəyişikliklər görürəm və hər şeyin ümid etdiyimiz kimi olmasını istəyirəm – belə olarsa, hər şey yaxşı və maraqlı olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*