F-1.az xatırladır ki, finlandiyalı sürücü Çin yarışında zəif təsir bağışlayıb və 5-ci yeri tutub.
37 yaşlı sürücü qeyd edib ki, zəif performansının səbəbi döngə çıxışlarında sürətlənmənin zəif olmasıdır: “İlk dövrələrdə təkərlər yeni olanda hər şey yaxşı idi. Daha sonra ön təkərlərin performansı azaldı və trafikə düşdüyüm üçün yaxşı dövrələr vura bilmədim. Məncə, bu gün daha yaxşı nəticə qazana bilərdik, təkərlərə nəzarət edə bilmədik. Bundan başqa 12-ci döngədən çıxışda sürətlənmə pis idi. Buna görə də Rikkardonu ötə bilmirdim. Bu gün problemləri tapıb tezliklə həll etməliyik. Bu cür sözləri yarışdan sonra danışmaq asandır, amma bunlar bəhanə yox, reallıqdır. Ümid edirəm ki, gələn həftə işlər qaydasında gedər və gözəl nəticə alarıq”.