K.Rəykkönen prezidentə cavab verib

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen ona tənbəl deyən komandanın prezidenti Sercio Markionneyə cavab verib.

F-1.az bildirir ki, Markionne Avstriyada jurnalistlərə müsahibəsində Rəykkönenin kölgədə qaldığını və yarışlara fokuslanmadığını deyib. Xatırladaq ki, Fettel bu mövsüm 3 yarış qazanaraq, turnir cədvəlinin zirvəsindədir. Almaniyalı sürücü ən yaxın izləyicisindən 20 xal öndə olsa da, Rəykkönen turnir cədvəlində 5-ci yerdədir və komanda yoldaşından 83 xal geridə qalır.

Sercio Markionne mesahibəsində “Kimi qısa müddət ərzində yarışlara fokuslanmalıdır. Elə günlər olur ki, tənbəl olduğunu düşünürəm. Görək” demişdi.

Peletonun ən yaşlı sürücüsü prezidentə belə cavab verib: “Sözün açığı yaxşı iş görmək istəyirəm. Komandam yaxşı nəticə göstərmək istəyir və mən sadəcə əlimdən gələnin ən yaxşısını edə bilərəm. Bunu etməyə çalışıram. Heyif ki, bəzən hər şey ideal olmur, amma bunlar planın bir hissəsidir. İşləməyə davam etməliyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*