F-1.az xatırladır ki, finlandiyalı sürücü 0.045 saniyə fərqlə poulu əldən verərək, ikinci yeri tutub.
Kimi Rəykkönen: “Poulu cüzi fərqlə əldən vermək məyus edir. Boliddəki bütün performansı ortaya qoymağa çalışdım, amma qüsursuz bir dövrə olmadı. Etdiyim kiçik səhvlər mənə baha başa gəldi. Bolid cümə günündən etibarən rəqabətədavamlıdır və yarışı qazanmaq şansımız var. Birinci döngəyə qədər önümüzdə uzun məsafə var və yaxşı startla lidelriyə yüksələ bilərik. İlk 3 döngəyə qədər mübarizə davam edəcək və mən əlimdən gələni edəcəm”.