F-1.az xatırladır ki, finlandiyalı sürücü son cəhdində səhv etsə də, lider Həmiltondan cəmi 0.098 saniyə geri qalaraq 3-cü olub.
Kimi Rəykkönen: “Xoşbəxt deyiləm. Hər şey bizim əlimizdə idi və tempimiz olsa da, çox kiçik fərqlə geridə qaldıq. 16-cı döngədə təkərlər kilidləndi və orada vaxt itirdim. Bolidin sabah çox güclü olmasını gözləyirəm. Hava çox istidir və bu hal təkərlərin işini çətinləşdirəcək. Buna görə də təkərlərə yaxşı nəzarət etmək qələbə üçün vacib olacaq. Məqsədimiz qalib gəlməkdir və bunun üçün gücümüz var. Önümüzdə uzun yarış var və görək necə olacaq”.