K.Rəykkönen: “Podiumda olmaq əladır”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, podiuma yüksəlmək komanda üçün gözəl nəticə olub.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 5-ci yerdən başlasa da, startdan sonra 7-ci yerə qədər geriləyib.

Kimi Rəykkönen: “Pis keçən sıralanma turuna baxmayaraq, gözəl nəticə aldıq. Təbii ki, istədiyimiz nəticə bu deyildi. Amma yenə də podiuma yüksəkmək gözəl oldu. Pis start almadım, amma arxamdakılar hava kisəsindən yaxşı istifadə etdilər. Döngədə sıxıldım və daha sonra bolidin gücünü göstərmək üçün öndəkilərin pitə girməsini gözlədim.

Bu il yaxşı inkişaf etmişik. Bəzi yarışlarda problem yaşasaq da, şansımız var idi və rəqabətədavamlı olduq. Etibarlılıq problemləri bizə çox zərər verdi. Gələn ilə bu problemləri həll etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*