F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 4-cü yerdən başlasa da, pis start aldığı üçün 5-ci yerə düşmüş və yarışın sonuna qədər real ötmə edə bilməyərək 5-ci yerlə barışmışdı.
Kimi Rəykkönen: “Məncə, yarışda strategiya cəhətdən bəzi səhvlər etdik və bunların cəzasını çəkdim. Soft təkərlərə keçdikdən sonra tempim yaxşı idi, amma daha sonra təkərlərim yeyildi və trasda gəzməyə başladım.
Pitə bir az tez gəlməli idim. Strategiya cəhətdən səhvlər etdik, amma indi əlimizdən heç nə gəlmir. Ümid edirəm ki, Bəhreyndə işlər qaydasında gedər. Orada əlimdən gələni edib podiuma yüksəlmək istəyirəm. Görək nə olur”.