F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 5-ci yerdə başlayıb, amma startda Ferstappen və Massanın arxasına düşüb. 37 yaşlı sürücü uzun müddət Massanın arxasında ləngiyərək, rəqibləri ilə fərqin artmasından çox gec qurtulub.
Kimi Rəykkönen: “Düzünü desəm, bolid çox yaxşı idi. Buna görə də şikayətim yoxdur. Pis start aldım və daha sonra rəqiblərimi izləməli oldum. Felipeni gec ötdüm və öndəkilərlə fərq artmışdı. Bolid yaxşı olsa da, məyusam. Amma Rusiyaya hazırlaşmaq istəyirəm və orada gözəl nəticə üçün yarışacam.
Massanı ötdüm, amma təhlükəsizlik avtomobilindən sonra yerimi yenidən ona verməli oldum. Bu gün mənim üçün pis keçdi. Amma komanda üçün yaxşı nəticə aldıq və Fetteli qələbə qazandığı üçün təbrik edirəm. Mühəndislər Kubokunda 1-ci yerdəyik. Bunu davam etdirmək istəyirik”.