F-1.az bildirir ki, finlandiyalı sürücü oktyabrın 17-də 40 yaşını qeyd edib. Bu il idmanda 17-ci mövsümünü keçirən Kimi 2007-ci ildə Dünya Çempionu olmuşdu.
Kimi Rəykkönen: “Keçmişə baxsam, indiyə kimi yaşadıqlarımı yenidən yaşamaq istəməzdim. Karyeramın sonuna yaxınlaşdığımçün xoşbəxtəm. 40 yaşımda olsam da, özümü yaşlı hiss etmirəm. Karyeram ərzində verdiyim qərarlars görə peşman deyiləm. Keçmişə qayıtsam, heç nəyi dəyişmək istəməzdim. Təbii ki, iş-işdən keçəndə, təhlil edib, daha yaxşısını bacaracağınızı düşünürsünüz. Ancaq mənim elə pronlemim yoxdur. Olsaydı, indi yarışmazdım”)