K.Rəykkönen özünə yeni iş yeri tapıb

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen finlandiyalı içki markası Hartwall-un yeni siması olub.

F-1.az bildirir ki, Hartwall yaxın gələcək üçün qarşısına böyük hədəflər qoyub və buna görə də Formula1 üzrə 2007-ci ilin Dünya Çempionu Kimi Rəykkönenlə müqavilə bağlayıb. Finlandiyalı sürücünün Asiyada böyük azarkeş ordusu var. Hartwall firması da Asiya bazarında daha çox tanınmaq üçün 37 yaşlı sürücünü səfir təyin edib.

Rəykkönen şirkətlə çoxillik müqavilə imzalayıb və “Hartwall Original Long Drink” içkisini tanıtmağa çalışacaq.

Kimi Rəykkönen: “Sadəcə çox güvəndiyim layihələrdə yer alıram. “Hartwall Original Long Drink” Finlandiyanın milli içkisidir və bunu bütün dünyada tanıdacağım üçün sevincliyəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*