K.Rəykkönen: “Özümü təkmilləşdirdim”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, sərbəst yürüşlər onun üçün pis başlasa da, sonradan atdığı hər dövrədə sazlanmalar təkmilləşib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Monakoda 1-ci sərbəst yürüşlərdə 7-ci yeri tutsa da, ikinci sərbəst yürüşlərdə 3-cü yeri tutub.

Kimi Rəykkönen: “Cümə axşamı işlər mənim üçün yaxşı getdi. Günə çox pis başlasam da, daha sonra vəziyyəti nəzarət altına ala bildim. Bolid yarış tempində yaxşı idi. Tək dövrədə bəzi çatışmazlıqlarımız olsa da, bunları sıralanma turuna qədər həll edəcəyik. Birinci sərbəst yürüşlərdən sonra sazlanmalarda bəzi dəyişikliklər etdik və yaxşı işlədi. Öndəki 3 komanda arasında sıx mübarizə olacaq. Buna görə də sıralanma turunda səhv etməməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*