F-1.az xatırladır ki, Fettel keçən il Sinqapur QP-də qalib gəlmişdi. Amma builki Sinqapur QP Ferrari üçün yaxşı keçmir. Rəykkönen sıralanma turunda 5-ci, Fettel isə 22-ci yeri tutub.
Kimi Rəykkönen: “Biz öz işimizə baxırıq. Onlar öz işlərinə. Bəli, rəqiblərimiz sürətlidir. Amma biz bolidlərimizdən birini birinci sessiyada itirdik. Amma hər yarış yeni başlanğıc deməkdir. Əlimizdən gələnin ən yaxşısını etməliyik. Mən arxamdakı rəqiblərə yox, öndəki rəqiblərə fokuslanıram. Sabah təhlükəsizlik avtomobili çıxa bilər və hər şey dəyişə bilər. Çətin yarış olacaq”.