F-1.az xatırladır ki, finlandiyalı sürücü İtaliyadakı sıralanma turunda sürətli dövrə vurarkən Okonla mübarizə aparmışdı. Həmin anda Kimi fransalı sürücünün onu əngəllədiyini desə də, sessiyadan sonra fikrini dəyişib.
Sıralanma turundan sonra Rəykkönen, Okon və Latifi stüardlar tərəfindən çağırılıblar.
Kimi Rəykkönen: “Bəzən belə hallar olur. Nəyi araşdırırlar? Yarışmağımıza icazə verilir və onun tək etdiyi məni sıxışdırmaq idi. Ancaq orada heç kəs səhv hərəkət eləmədi. Hamı bir-birinə yaxın olaraq dövrələrinə başladı. Bəzən belə şeylər olur”.