F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 14-cü yerdən başlasa da, finişə 10-cu yerdə çataraq, bu mövsüm ilk xalını qazanıb.
Kimi Rəykkönen: “Son iki dövrədə yarışımda elə də pozitiv hal yox idi. Buna görə də 10-cu olub xal qazanmaq gözəl oldu. Ötmə etmək çətin idi. Önümüzdəki rəqiblərimizə rahatlıqla çatsaq da, hücum etmək mümkün olmadı. Qırmızı bayraqdan sonra isə ikinci start çətin idi. Buna görə də 1 xalı qəbul edirik. Bundan artığı mümkün deyildi”.