K.Rəykkönen şayiələri təkzib edib

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen gələn il də idmanda qalacağı ilə bağlı yayılan şayiələri təkzib edib.

F-1.az xatırladır ki, finlandiyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitəcək. Lakin İsveçrə mətbuatı Dünya Çempionunun komandası Alfa Romeo ilə yeni müqavilə bağladığını yayıb.

Kimi Rəykkönen: “Heç kimlə müqavilə imzalamamışam”.

40 yaşlı sürücü Rusiyadakı sıralanma turunda sonuncu yeri tutub: “Dövrə başlayandan maşınla mübarizə aparırdım. Ön təkərləri kilidlədim, porebrikə çıxdım və yerimdə fırlandım. Təkərlər çox soyuq idi. Deməyə sözüm yoxdur. Yerimdə fırlandım, bu qədər. Onsuz təkərlər kilidlənəndə işlərin korlandığını anladım. Görək yarışda nə olur. Sıralanma turunda yaxşı nəticə istəyirdim.

Sıralanma turu nəticələrini görmədim. Bununla maraqlanmıram. Komanda üçün məyusam. Maşın yaxşı işləyir, amma bir dəfə də olsun normal dövrə vura bilmədim. Nəticədə sonuncu oldum”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*