F-1.az xatırladır ki, finlandiyalı son sessiyadaki ilk cəhdində üçüncü olsa da, ikinci cəhdində 4-cü olmuşdu. Buna baxmayaraq Rəykkönen yarışdan yaxşı nəticə qazanmağa ümid edir: “Son cəhdimdə daha yaxşı dövrə vursam da, Danielə məğlub oldum. Aramızdakı fərq az idi. Əylənmə zamanı etdiyim kiçik səhv və ya başqa bir şey buna səbəb olub. Amma bolidin performansından razıyam və yarışda Red Bull ilə mübarizə aparacağımıza əminəm.
Red Bull-un təkər strategiyası necə işləyəcək, bilmirəm. Məncə, startda biz daha güclü olacayıq, amma UltraSoft təkərlər çox dözə bilməyəcəklər. Buna görə də, nəsə demək çox tezdir. Ən yaxşı strategiyanı seçib, nə baş verəcəyini görəcəyik”.