F-1.az xatırladır ki, finlandiyalı sürücü testlərin ilk günündə 80 dövrə vurub və 1:20.506 zaman nəticəsi ilə 3-cü olub.
Kimi Rəykkönen: “Əsas problem hava idi. Boliddən ilkin təəssüratlarım yaxşıdır. Bugünkü şəraitə görə söz demək tezdir. Bu təkərlər 8 dərəcə istilikdə işləmək üçün deyil və hamı üçün çətin idi. Əsas dövrəvi nəticələr yox, bir neçə şeyi dəyişdirmək üçün sürüşlər etdik və bolidi anlamağa çalışdıq. Daha çox məsafə qət etməliyik.
Halo əvvəlki testlərlə müqayisədə bolidin bir hissəsi idi. Keçmişdə belə olmurdu. Əvvəlkindən fərqi yox idi”.