F-1.az xatırladır ki, Pirelli birinci qış testlərinin son günündə yağış təkərlərini test etmişdi. İtalyanlar trası süni formada isladaraq təkərlər haqqında məlumat toplamışdılar.
Finlandiyalı sürücü bildirib ki, hava isti olduğu üçün təkərlərdən istədiyi hissi ala bilməyib: “Sözün açığı, təkərlərlə bağlı heç nə deyə bilmirəm. Çünki çox az sayda dövrə vurduq. Trası süni formada islatmaqla yağış arasında ciddi fərq var. Buna görə də testlərdən istədiyimiz məlumatı toplaya bilmədik. Ümid edirəm ki, Pirelli bizə növbəti dəfə yağış təkərləri ilə test etmək şansı verər. Bu hal onlar üçün də çətindir. Çünki təkərlərlə çox test edə bilmədik və məlumat toplaya bilmədilər. Səbirli olmaq lazımdır. Yağış testlərinin təkrarlanacağına əminəm”.