F-1.az xatırladır ki, Alfa Romeo komandası bu il cəmi 12 xal toplayıb və turnir cədvəlində 9-cu yerdədir. İlk 4 yarışda xal qazanan Rəykkönen son iki yarışda onluqdan geridə qalıb.
Kimi Rəykkönen: “Kanada trası bizim üçün əlverişli olmalıdır. Amma düzünü desəm, çox şey istədiyimiz kimi getmədi. Ümid edirəm ki, təkərləri işlədə bilərik və bolidin tam potensialını ortaya çıxara bilərik. Mühəndislər Kubokunda 9-cu yer yaxşı deyil”.