K.Rəykkönen narazıdır

Kimi Rəykkönen bildirib ki, Yaponiyada cümə günündə bolidlə daha çox mübarizə aparmaq məcburiyyətində qalıb.

F-1.az xatırladır ki, Kimi Rəykkönen güclü bir gün keçirib. Buna baxmayaraq, finlandiyalı bolidin balansından narazı qalıb.

Rəykkönen Mercedes-lərdən sonra ən sürətli 3-cü sürücü olub. Amma ikinci sessiyada tras xaricinə çıxmışdı və radiodan komandasına – “elə bil ön qanadımız yoxdur” – deyərək, bolidin balansından şikayət etmişdi: “Bolidin balansı istədiyim kimi deyil. Dövrəvi nəticəm yaxşıdır və buna görə çox təəccüblüyəm, ancaq bolidin ön tərəfi sürüşür. Bolidlə mübarizə aparıram. Bu heç yaxşı deyil. Sessiyanın sonlarına doğru vəziyyət bir az yaxşı idi, amma hələ də istədiyim kimi deyil. Boliddən bir az daha çox güc ala bilsək, inkişaf edə bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*