K.Rəykkönen: “Narahat deyiləm”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen qəbul edir ki, SF16-H daha yaxşı ola bilər və əlavə edib ki, problemlərə görə narahat deyil.

F-1.az xatırladır ki, Kimi Rəykkönen qış testləri ərzində 3 gün trasa çıxıb və 2 gün problemlərlə üzləşib. Finlandiyalı sürücü dünən də problem yaşadı və sürət qutusundakı problemə görə 2 saat boksda qaldı.

Kimi Rəykkönen bu barədə açıqlama verib: “Sözün açığı biz daha yaxşı ola bilərik, amma bu testdir və testlərin məqsədi problemləri həll etməkdir. Bir problem varsa, bunu düzəltmək lazımdır. Hələ vaxtımız var.

Hər il eyni şey təkrar olur. Köhnə təcrübələrimə əsaslanaraq deyirəm ki, əgər boliddə bir problem varsa, o zaman çox işləyib, o problemi həll etmək lazımdır.

Buna görə narahatammı? Doğrudan da, xeyr”.

Kimi Rəykkönen Avstraliya QP barədə fikirlərini bildirib: “Orada nə olacağını heç kəs bilmir. Nə olacağını əvvəldən proqnozlaşdırmaq mümkün deyil. Bunu qısa müddət ərzində biləcəyik.

Bolid yaxşıdır, amma digər komandaların nə etdiyini bikmirik. Sadəcə onu deyə bilərəm ki, boliddən razıyam.

Hazırda proqnoz vermək çətindir. Mən bilmirəm ki, Mercedes AMG nə edəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*