F-1.az xatırladır ki, finlandiyalı sürücü ralli və motocross ilə məşğul olmağı sevir. Lakin əksər sürücülərin müqavilələrində bu cür təhlükəli hobbilərə qadağa var.
Kimi Rəykkönen: “Müqaviləmi oxumadım və orada yazılanları ciddiyə almıram. Alfa Romeo-ya gələndə onlara dedim ki, bir şeydən narazı olsanız və icazə verməsəniz, çıxıb gedəcəm.Həyatda təhlükəli çox şey var. Təbii ki, diqqətli olacağam. Amma bu sözlərim belə bir vəziyyət üçün ideal cavabdır”.