F-1.az xatırladır ki, Fettel təkərləri qızdırmaq üçün ilanvari hərəkətlər edirkən arxadan gələn Həmiltonu görməyib və britaniyalını ləngidib. Fettel bundan sonra komandasından radio vasitəsilə niyə xəbər vermədiklərini soruşub:
Sebastyan Fettel: “Onu blokladım, amma gəldiyini görmədim. Çox gec dedilər. Mənim səhvimdir. Buna görə cəza versələr, problem deyil. Hazırda edə biləcəyim bir şey yoxdur”.
Həmilton radio vasitəsilə Fetteldən şikayət etsə də, stüardlar bu məsələyə baxmadılar.
Fettelin komanda yoldaşı Rəykkönen isə sıralanma turunun son sessiyasında mühərrik problemi yaşayıb. Buna görə də finlandiyalı sürücü son cəhdində zaman nəticəsi göstərə bilməyib.
Kimi Rəykkönen: “İlk dövrəmin sonunda nəsə oldu. Doğrudan da, nə olduğunu bilmirəm. İki dəst SuperSoft təkərlərdən istifadə edə bilərdik.
Sıralanma turunun ilk sessiyasında güclü idik. İkinci sessiyada çətinlik çəksək də, sonuncu sessiya bizim üçün yaxşı başladı. Yaxşı sürətimiz olsa da, sonda bundan istifadə edə bilmədik”.