F-1.az xatırladır ki, finlandiyalı sürücü 14 dəfə yarışdığa Montsada hələ də qələbə qazana bilməyib. 37 yaşlı sürücü 2006-cı ildə İtaliyada pouldan başladığı yarışda ikinci olmuşdu. Rəykkönen 2007 və 2009-cu illərdə isə 3-cü yeri tutmuşdu.
Kimi Rəykkönen: “Əgər bu trasda da qalib gəlsəm, çox xoşbəxt olaram. Bura çox xüsusidir və Ferrari ilə burada qalib gəlmək əla olacaq. Əlimizdən gələn hər şeyi edəcəyik. Ümid edirəm ki, mübarizənin içində ola bilərik.
İnsanlar Mercedes-in burada bizdən sürətli olacağını düşünür. Nəsə demək mümkünsüzdür. Əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, hər şey Spadakı kimi olar. Proqnoz vermək istəmirəm. Hər şeyi sabah görəcəyik”.