F-1.az xatırladır ki, finlandiyalı sürücü Avstriya yarışına 17-ci yerdən başlasa da, 12-ci yerə qədər yüksələ bilib, lakin 2007-ci ilin Dünya Çempionu pit-stopda təkər yaxşı bağlanmadığl üçün mübarizəni dayandırmalı olub.
Kimi Rəykkönen: “Hər şey qaydasında ikən mübarizəni belə dayandırmaq məyusedicidir. Sıralanma turuna nisbətən sürətlənmişdik. Birinci təhlükəsizlik maşınının zamanlaması bizə pis təsir etdi, amma buna baxmayaraq yerimiz yaxşı idi. Yeni təkərlərlə xal qazana bilərdim. Heyif ki, yolda qaldıq. Problemi araşdırmalıyıq”.